fbpx
,

25mm Flanş Profil-havalandırma kanalları üçün

Makro teknik

Hava kanallarının birləşmələrində istifadə olunan flanş profilləri maksimum sabitlik, sıxılma və yığma rahatlığı təmin etmək üçün nəzərdə tutulmuşdur.
Bundan əlavə, paslanmayan poladdan hazırlanır.

1.17 AZN / metr

1.50 AZN 3 məhsul üçün

Flanş profili dördkünc hava kanallarının istehsalı zamanı istifadə olunur.

Flanşlar, yüksək keyfiyyətli sinklənmiş sacdan (Bundan əlavə, paslanmayan poladdan hazırlanır.) istifadə edilərək 4 metr uzunluğunda hazırlanır və havalandırma kanallarına həm kontakt qaynaq birləşməsi, həm də şurup vasitəsilə çevik olaraq birləşdirilə bilər. Bu tip konstruksiyaya malik flanşlar həm havalandırma kanallarına estetik gözəllik verir, həm də kanalların quraşdırılmasını asanlaşdırır və beləliklə vaxt itkisinin qarşısını alır. Hava kanallarının birləşmələrində istifadə olunan flanş profilləri maksimum sabitlik, sıxılma və yığma rahatlığı təmin etmək üçün nəzərdə tutulmuşdur.

Bu profillərin künc birləsməsi üçün polad vərəqə metaldan hazırlanan köşə parçası- əlavə aksessuardan istifadə olunur. Köşə parçası da həmçinin hər bir flanş profilinin ölçüsünə uyğun olaraq 20 mm, 25 mm ve 35 mm enində istehsal olunur.

Eyni zamanda kanalın montajı zamanı yüngül olduğu üçün işçi əməyini minimuma endirir.

Bu profillər 0,5; 0,6 və 0,7 mm qalınlıqlarında sinklənmiş sacdan, 20 mm, 25 mm ve 35 mm enində, 4 metr uzunluğunda olmaqla hər paketdə 100 metr  olur, avtomatik aparatlarda standartlara uyğun olaraq istehsal edilir.

Kanal sacının flanşa daxil olmasını və birləşmənin etibarlılığını təmin etmək üçün, flanş profili mastik qatlı olaraq istehsal olunur.

Mastik qatı birləşmənin möhkəmliyini təmin edir və sonradan yaranabiləcək titrəmənin qarşısını alır.

Təklif etdiyimiz flanş profilləri Türkiyə istehsalıdır və evrovent standartlarına uyğun olaraq istehsal edilir.

 

Istehsal:Türkiyə
Material:Qalvaniz sac
Uzunluğu:4 m
Eni:25 mm
Ölçü vahidi:m

Toplam 0 şərh

0.0 cəmi
0
0
0
0
0

İlk şərh yazan siz olun “25mm Flanş Profil-havalandırma kanalları üçün”

Hələki şərh yazılmayıb.

Alternativlər