Kabellər.Dielektrik itkisi olan bu kabellər yaşayış və sənaye sahələrində, yer altında və kabel kanallarında ani yük dəyişikliklərinin baş verdiyi elektrik stansiyalarında istifadə olunur. Kabel xətti ilə eyni gücün ötürülməsi, HX-nə nisbətən daha çox əlvan metalların sərf edilməsini tələb edir. KX-nin HX-nə nisbətən daha az istifadə edilməsinin əsas səbəblərindən biri bahalı olmasıdır. Ona görə KX yalnız HX-nin çəkilməsinə icazə verilmədiyi yerlərdə və ya şəhər içində istifadə edilir. Kabel xətlərinin aşağıdakı üstünlükləri vardır: a) atmosfer təsirlərinə məsələn, külək, buzlaşma, ildırım boşalmalarına məruz qalmaması; b) kabel traslarının gizliliyi və kənar şəxslərin kabelə müdaxilə etməməsi və ya edə bilməməsi.Su altı çəkilişlər üçün hazırlanmış ikiqat lent zirehə malik olan kağız izolyaisyalı MKK, MNSK (kordel stirofleks izolyasiyalı) markalı kabellər tətbiq edilir.

23 nəticə göstərilir