Istilik izolyasiya materialları Şərh Yazın

İstilik-izolyasiya materiallar haqqında ümumi məlumat

Yaşayış, istehsalat və başqa binaların istilik mühafizəsi üçün, habelə müxtəlif istilik aqreqatlarının izolyasiyası üçün istifadə olunan material və məmulatlara istilik-izolyasiya materialları deyilir.

İstilik-izolyasiya materiallarının texniki xassələrində əsas göstərici onların məsaməliliyidir. Materialların məsaməliliyi və istilik-izolyasiya xassələri bir-birilə sıx əlaqədardır. Materialın isti- likkeçirmə qabiliyyəti məsamələrində olan havanın az istilikkeçir- məsi ilə bağlıdır. Müxtəlif istehsal üsulları tətbiq etməklə onun məsaməliliyini tənzim etmək və bununlada onlara istənilən xassələri vermək mümkündür. İstilik-izolyasiya materiallarının sıxlığı 700 kq/m3-dan və istilikkeçirmə əmsalı 0,21 Vt/(m °S)-dən çox olmamalıdır.

Bütün istilik-izolyasiya materiallarına qarşı aşağıdakı tələblər irəli sürülür: a) quraşdırdıqda və istismar etdikdə onun etibarlı olmasını təmin edən möhkəmlikli olmalı; b) onların çürüməsinə və gəmirici heyvanlar tərəfındən tələf edilməsinə yol verilməyən bioloji dayanıqlıqlı olmalı; c) maye və qazların təsirindən dağılmamasını təmin edən kimyəvidavamlı olmalı; ç) material quru və qeyri-hiqroskopik olmalıdır.

Bəzi istilik-izolyasiya materialları kifayət qədər yaxşı səsizolyasiya xassələrinə malik olduğundan, onlardan akustik material kimi istifadə olunur.

 

 

İstilik-izolyasiya materiallarının xassələri

Məsaməlilik istilik-izolyasiya materiallarının keyfıyyətini müəyyən edən əsas xassədir. Materialın istilikkeçirmə qabiliyyəti ancaq ümumi məsaməliliyindən deyil, məsamələrin xarakterindən, ölçülərindən və necə yerləşməsindən də asılıdır.

Içərisində hava olan qapalı xırda məsaməli materialların istilik-izolyasiya xassələri daha yüksəkdir. Məsamələrdəki havanın sabit vəziyyətində istilikkeçirınə əmsalı çox az – 0,026 Vt/(m °S)- dir. Xırda qapalı məsamələrdə olan havanın sabit vəziyyətdə olması istilikkeçirməni azaldır. İriməsaməli uzunsov deşikli materiallarda konveksiya əmələ gələ biləcəyindən, istilikkeçirmə qabiliyyəti daha çox olur. Məsamələrdəki havanın həcmi kiçik olduqca, onun hərəkəti az olacaq və bununla da istilik-izolyasiya xassələri yaxşı olacaqdır. Materiallann istilikkeçirməsi onun sıxlığına, yəni ondakı bərk maddənin miqdarına mütənasibdir.

Yüksək məsaməli materiallarda bərk maddənin miqdarı az olduğundan, məsələn çoxməsaməli miporanın istilikkeçirməsi havanın istilikkeçirməsinə yaxındır.

Sıxlıq. Istilik-izolyasiya materiallarının sıxlığı onların ıstılik-izolyasiya keyfiyyətinin ən mühüm göstəricisidir. Materialın sıxlığı az olduqca, onun istilikkeçirməsi də azdır. İnşaatda istifadə olunan materialların istilikkeçirmə keyfiyyətini yüksəltmək məqsədilə bütün istilik-izolyasiya materiallarının sıxlığı 700 kq/m3-dan çox olmamalıdır.

Möhkəmlik. Əksər yüksəkməsaməli quruluşlu istilik-izolyasiya materiallarının möhkəmliyi çox azdır. Adətən, yüksələn məsaməli materialların möhkəmliyi ancaq sıxılmada möhkəmliyi, lifli quruluşlu məmulatların – əyilmədə möhkəmliyi, elastik istilik-izolyasiya məmulatlarınkı (keçə, mineral döşəkçələr və s.) isə dartılmada möhkəmliyi ilə xarakterizə olunur.

Konstruktiv-istilik-izolyasiya materiallarının möhkəmliyi, onarın quruluşundan asılı olmayaraq, sıxılmada və əyilmədə möhkəmlik həddi ilə xarakterizə olunur. İstilik-izolyasiya materiallarının sıxılmada möhkəmliyi, adətən, 0,1-1,5 MPa, konstruktiv istilik-izolyasiya materiallarının möhkəmliyi isə 5 MPa-dan çox olur.

Nəmlik istilik-izolyasiya materiallarının xassələrinə əhəmiyyətli dərəcədə təsir edir. Belə materiallar yüksəkməsaməli quruluşlu olduqlan üçün asanlıqla nəmlənir, bu da onlann əsas xas- sələri olan istilikkeçirməni, möhkəmliyi, bioloji dayanıqlığı və şaxtayadavamlılığı pisləşdirir.

Suhopma. İstilik-izolyasiya materiallarının bu xassəsi də çox əhəmiyətlidir. Ümumiyyətlə, məsamələri bir-birilə əlaqədar olan məmulatın suhopması daha çox, qapalı məsaməlilərinki isə daha az olur.

Bioloji dayanıqlıq. Üzvi istilik-izolyasiya materiallarının bioloji dayanıqlığı onun suyadavamlılığı, yəni nəmləndikdə möhkəmliyini saxlamaq qabiliyyəti ilə sıx əlaqədardır. Mikroorqanizmlərin, bakteriyaların, göbələklərin və bəzi həşarat növlərinin dağıdıcı təsirinə müqavimət göstərmə qabiliyyətinə bioloji dayanıqlıq deyilir. Bioloji dayanıqlıq ancaq üzvi materiallardan və ya tərkibində üzvi maddələr olan istilikizolyasiya materiallarından tələb oluna bilər. Məmulatın tərkibinə daxil olan üzvi xammalı antiseptiklər və zəhərli maddələrlə emal etməklə bioloji dayanıqlığını artırmaq mümkündür.

Odadayanıqlıq. Konstruktiv istilik-izolyasiya materialları kifayət qədər odadayanıqlı olmalıdır. Nəzərdə tutmaq lazımdır ki, adətən istilik-izolyasiya materialları çox məsaməli və az istilikkeçirmə xassəli olduqları üçün onların odadayanıqlıq həddi sıx materiallardan olan məmulatın odadayanıqlığından yüksəkdir.

İstilikkeçirmə. İstilik-izolyasiya materiallarının keyfiyyətinin əsas göstəricisi onun istilikkeçirməsidir. Mühitin temperaturu qalxdıqca, materiallann əksəriyyətinin istilikkeçirməsi artır və ancaq nadir hallarda aşağı düşür. Adətən. materiallann istilikkeçirmə qabiliyyəti 20-25°S temperatur halı üçün göstərilir. Hesabatlarda isə izolyasiya olunan konstruksiyanın iş temperaturu nəzərə alınmalıdır.

Şərh Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir