Haqqımızda




MaxiMall.az tikinti materiallarının və dekorativ malların idxalını həyata keçirən CON-SOL GROUP MMC-nin onlayn satış mağazasıdır. MaxiMall.az olaraq hədəfimiz sizi vaxt itkisindən qurtarmaq və sizə tikinti və ev dekor məhsullarını maksimum keyfiyyətlə ən münasib qiymətə təmin etməkdir. Onlayn mağaza demək bahalı mağaza icarələrindən və külli işçi xərclərindən qurtulmaq deməkdir ki bu da məhsulların qiymətlərində endirimlə nəticələnir. Bunlarla yanaşı biz aradakı bütün vasitəçiləri dolayısı ilə qiymət artımlarını aradan qaldıraraq məhsulları sizin üçün topdan qiymətinə pərakəndə təmin edirik. Malların çatdırılması xidməti də ixtiyarınızdadır. Ödənişsiz və ya kiçik məbləğ qarşısında sifarişləriniz operativ şəkildə çatdırılır.

elektrik

Biz nə edirik?

İnşaat sektoruna aid bir çox məhsulun sizin üçün topdan qiymətinə pərakəndə satışını təşkil edirik. Qurmuş olduğumuz asan çatdırılma və ödəniş sistemləri sizin rahatlığınız üçün nəzərdə tutulmuşdur.

havalandirma

Missiyamız

Maximall olaraq missiyamız inşaat sektoruna yeni rəng qatmaqdır. Artıq bahalı qiymətlərə yox deməyin zamanıdır! Biz süni qiymət artımına səbəb olan vasitəçiləri aradan qaldıraraq məhsulları birbaşa olaraq istehsalçıdan sizə ən münasib qiymətə çatdırırıq!

insaat

Tarixçəmiz

Biz Azərbaycan inşaat malları bazarında 2009-dan bəri öz sözümüzü deyirik. Bununla yanaşı layihələndirmə və tikinti sektorunda da uğurlu layihələrimiz mövcuddur və davam edir. İndi sizə daha yaxın olmaq üçün öz internet mağazamızla xidmətinizdəyik.

Təsisçi

Müştəri xidmətləri

Texniki dəstək

Kuryer

Satış meneceri

Sayt meneceri

Üstünlüklərimiz

Mühəndislərimiz və yüksək zövqlü dizaynerlərimiz tərəfindən test olunub seçilən keyfiyyətli məhsul çeşidləri sizi uzun axtarışlardan və qərarsızlıqlardan xilas edir. Və bütün bunlar bazar qiymətindən daha aşağı qiymətə sizə çatdırılır.

Dəyərlərimiz

Müştərilərimiz bizim üçün çox dəyərlidir! Buna görə də biz bütün fəaliyyətlərimizi müştəri məmnuniyyətini artırmaq üçün həyata keçiririk. Ən keyfiyyətli və zövqlü mallar, ən uyğun qiymət, ən rahat alış-veriş şərtləri və s bunların hamısı Siz dəyərli müştərilərimiz üçündür!

Fürsətlər

Təklif etdiyimiz topdan satış qiymətləri ilə yanaşı korporativ-böyük həcimli sifarişlərdə sizə əlavə olaraq da endirimlər təklif edə bilərik. İndi bu imkanlar sizə bir telefon, planşet, kompyuter, notbuk qədər yaxında!

Bizimlə əməkdaşlıq!

Biz innovativ olduğumuz üçün hər zaman yeni əməkdaşlıqlara da çox isti baxırıq. Hər hansı bir tələb və təklifiniz varsa bizə Əlaqə bölməsindən yaza və ya sorğu göndərə bilərsiniz. Həmçinin əlaqə nömrələrimiz də xidmətinizdədir. Bizə Sosial Şəbəkələr üzərindən də yaza bilərsiniz!

Sizə daha yaxşı xidmət etmək üçün:

Bir sualınız olduqda bizimlə asanlıqla əlaqə saxlaya bilərsiniz. Sizə kömək etmək bizim vəzifəmizdir! Şəhər və mobil nömrələrimizdən bizə zəng edə, email yaza və ya mənə zəng et xidmətindən yararlana bilərsiniz!

Sizin üçün ən yaxşı məhsulları ən münasib şərtlərlə təchiz edirik. Satışda olan məhsullar öz layihələrimiz üçün də istifadə olunan zaman testdən keçdiyi üçün biz keyfiyyətdən sözün əsl mənasında əminik!

Məhsullar 12 iş saatı ərzində sizə çatdırılır. Sifarişlər artdıqca çatdırılma müddəti 24 iş saatına qədər uzana bilər.. Lakin siz tələsirsinizsə biz sizə kömək edərik! Bunu sifariş zamanı qeyd edə və ya zəng vasitəsi ilə bildirə bilərsiniz!

Məhsulla bağlı hər hansı sualınız olduqda, sifarişi dəyişdirmək istədiyinizdə və bənzəri hallarda müştəri xidmətləri sizə kömək etməyə hazırdır.

MaxiMallda yüksək keyfiyyət, topdan qiymət, çatdırılma -hər şey müştəri məmnuniyyəti üçündür!